Roma Papası Fransisk Qazaxıstanda Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə görüşmək istəyir.
Azpost.info xəbər verir ki, sentyabrda Qazaxıstanda dini liderlərin qurultayı keçiriləcək. Patriarx Kiril tədbirdə iştirakını təsdiqləyib.
Papa xatırladıb ki, iyunda Qüdsdə patriarxla görüşməli idi, lakin Rusiyanın Ukraynadakı hərbi əməliyyatı səbəbindən görüşün təxirə salınmasına qərar verilib: “Ümid edirəm ki, onunla sentyabrda Qazaxıstanda görüşə, salamlaşa və söhbət edə biləcəyəm”.
Qeyd edək ki, Papa mart ayında Moskvada Vladimir Putinlə görüş istəmiş, lakin heç bir cavab almamışdı.
Azpost.info