Roma Papası Fransısk Romada Müqəddəs Pyotr meydanında möminlərlə görüş zamanı qadını əlindən vurub.
“Report” xəbər verir ki, hadisənin videogörüntüsü CBS “News”un “Twitter”dəki səhifəsində yayılıb. Təbrik üçün Papanı dartaraq öz yanında çəkmək istəyən qadının hərəkəti müqəddəs atanı əsəbiləşdirib. Papa qadının əlinin üstündən vuraraq əsəbi halda keçib gedib.