Ronaldo Finlandiyada soyuq suda çimdi

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun məşhur portuqaliyalı hücumçusu Kriştianu Ronaldo bu günlərdə ailəsi ilə birlikdə Finlandiyadadır.

Futbolçu yerli hamamda olub, bundan sonra soyuq suya girib.

Portuqaliya millisinin hücumçusu Yeni il bayramını sevdikləri ilə qeyd etmək üçün Finlandiyaya gəlib. Ulduz futbolçu ayrı bir mesajda bütün azarkeşləri bu münasibətlə təbrik edib.

Hazırda Ronaldo və komanda yoldaşları yanvarın 9-dək davam edəcək tətildədir. Kriştiano bu mövsüm “Əl-Nassr”ın heyətində bütün yarışlarda 19 oyun keçirib, burada 16 qol vurub və 3 məhsuldar ötürmə edib. (Lent.az)

Əvvəlki məqalə

Smartfonın köməyi ilə gizli kameranı necə aşkar etmək olar?

Sonrakı məqalə

Qəzada həlak olan Qoşqar ailənin yeganə oğlu imiş