Ronaldo futbol klubunu 70 milyon dollara aldı

Braziliyalı futbol ulduzu Ronaldo rəsmən “Kruzeyro” klubunun sahibi oldu.

Azpost.info xəbər verir ki, 45 yaşlı məşhur futbolçu klubun 90 faizini 70 milyon dollara satın alıb. Onun klubun rəhbərliyində yer alacağı gözlənilir.

Əfsanəvi hücumçunun futbol klubu alması xəbəri ötən ilin dekabrında yayılsa da, yalnız indi komandanın saytında təsdiqlənib. Qeyd edək ki, Ronaldo futbol karyerasına məhz “Kruzeyro”da başlayıb.

Azpost.info

Əvvəlki məqalə

“Ukraynada müharibə 2022-nin sonuna qədər davam edə bilər” –

Sonrakı məqalə

“İlkin hadisəni gördüyü üçün bəlaya düşüb”-