Ronaldo Ərəbistanda necə futbol oynayacağından danışdı

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo “Əl Nəsr”ə transferindən danışıb.

37 yaşlı futbolçu Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqavilə imzaladıqdan sonra ill açıqlamasımı verib.

“Mən özümü yeni liqada, başqa ölkədə sınamağı səbirsizliklə gözləyirəm. “Əl-Nəsr”in baxışı məni çox ruhlandırır. Mən yeni tərəfdaşlarımın sırasına qoşulduğum üçün xoşbəxtəm. Bir birlikdə komandaya yeni uğurlar qazanmağa kömək edə biləcəyik” – deyə “Al Arabiya” Ronaldodan sitat gətirib.

Xatırladaq ki, Ronaldo “Əl-Nəsr”lə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb. Onun əsas maaşı ildə 75 milyon avro, kommersiya haqları və səfir kimi gəliri ilə birlikdə isə ümumən 200 milyon avro təşkil edəcək.

Xatırladaq ki, Kriştianonun son klubu “Mançester Yunayted” olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.