“Roskosmos” sanksiyalara görə 180 milyardlıq gəlirdən məhrum olub

“Roskosmos” Ukraynadakı müharibəyə görə sanksiyaların tətbiqindən sonra xarici tərəfdaşlarla əməkdaşlıqdan əldə etdiyi gəlirin demək olar ki, 80 faizini itirib.

Azpost.info xəbər verir ki, bu barədə dövlət korporasiyasının rəhbəri Yuri Borisov bildirib.

“230 milyard rublluq razılaşmalar üzrə gəlirin 180 milyardı qeyri-dost ölkələrin payına düşürdü. Bura mühərriklərin tədarükü, buraxılış xidmətləri də daxildir. Beləliklə, 180 milyard faktiki olaraq ixrac gəlirimizdən çıxdı”, – Borisov deyib.

Azpost.info

Əvvəlki məqalə

Nərimanov rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb

Sonrakı məqalə

ABŞ-da zavodda robot mühəndisə hucum edib