Rumıniyalı nazir: “Azərbaycanla bir sıra sahələrdə əlaqələri inkişaf etdirmək niyyətindəyik”

“İstəyirik ki, Azərbaycanla tək energetika sahəsində deyil, digər sahələrdə də münasibətləri quraq”.

Bunu Rumıniyanın energetika naziri Vircil-Daniel Popesku Azərbaycan-Rumıniya hökumətlərarası komissiyanın 6-cı iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı, sosial xidmət, təhsil sahəsində də əlaqələri inkişaf etdirmək niyyətindədilər:

“Bu gün bir sıra Rumıniya şirkətləri Azərbaycana sərmayə qoyurlar, eləcə də Azərbaycan şirkətləri Rumıniyada enerji sektoruna investisiya yatırırlar. İstər energetika, istərsə də digər sahələrdə investisiya qoyuluşu qoymaq üçün geniş imkanlar var”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.