Rus icması Zabratda dağıdılmış qəbirlərlə bağlı Bəyanat verdi

Zabrat qəbiristanlığında baş verənlər tolerant, multikultural Azərbaycan cəmiyyətində, ictimaiyyətində və mediada hiddət doğurdu.

Bu sözlər Azərbaycanın rus icmasının Zabrat-1 və Balaxanı kəndləri arasında yerləşən Zabrat qəbiristanlığındakı vəziyyətlə bağlı yaydığı bəyanatında bildirilir.

Qeyd olunub ki, fotoşəkillərdə dağıdılmış və aşmış məzar daşları olan qəbirlər görünüb.

Bundan başqa qohumlar tərəfindən əkilən ağaclar, kollar və hasar sındırılıb.

“Baş verənlər sadəcə olaraq hiddət doğurur. Tolerant multikultural Azərbaycan cəmiyyətində bu, ictimaiyyətdə və mediada hiddət doğurdu. Azərbaycanın rus icması törədilmiş vandalizm aktını qətiyyətlə pisləyir və hadisəyə göstərilən diqqətə görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirir. Hörmətli Mehriban xanım Əliyevanın tapşırığı ilə Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyevin iştirakı ilə artıq Sabunçu rayonunun Balaxanı kəndindəki rus qəbiristanlığına baxış keçirilib. Bütün məzar daşlarının yenidən bərpa olunacağı vurğulanıb”, – deyə qeyd olunub.

Bildirilib ki, baş prokurorun birinci müavini Elçin Məmmədov Rus İcmasının sədri, deputat Mixail Zabelinlə əlaqə saxlayıb və qəbiristanlıqda baş verən vandalizm aktları ilə bağlı bütün hadisələrin araşdırılması üçün istintaq qrupunun yaradılması barədə göstərişin verildiyini bildirib.

Əvvəlki məqalə

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi –

Sonrakı məqalə

XİN Ermənistanın Azərbaycan əleyhinə bəyanatına cavab verib