Rus ordusuna məlumatlar ötürən 17 yaşlı Buça sakini saxlanılıb

Buçanın 17 yaşlı sakini dövlətə xəyanətdə və hərbi vəziyyətlə bağlı başqa şəxslərin əmlakını oğurlamaqda şübhəli bilinir.

Azpost.info xəbər verir ki, bu barədə Kiyev Şəhər Prokurorluğu məlumat yayıb.

İbtidai istintaqla müəyyən edilib ki, Buça rayonu ərazisindəki kəndlərdən birinin müvəqqəti işğalı zamanı 17 yaşlı yerli sakin könüllü olaraq düşmən tərəfə keçib. “O, rus ordusunun nümayəndələrinə kəndin sakinləri, qiymətli əşyaların saxlanıla biləcəyi dükan və evlər haqqında məlumatlar ötürüb. Bunun müqabilində qarşı tərəfdən maddi mükafatlar və imtiyazlar əldə edib. Bundan başqa, şübhəli rus hərbçiləri ilə birlikdə kənddəki evlərdən birinə daxil olub, oradan gizli şəkildə başqalarının əmlakını oğurlayıb”, – prokurorluqdan bildiriblər.

Azpost.info

Əvvəlki məqalə

“İngilis əsirləri muzdlu deyil, Ukrayna ordusunun əsgərləridir” –

Sonrakı məqalə

Azərbaycanda Kino Agentliyi yaradılıb – FƏRMAN