“Ukraynanın öz ərazilərindən mümkün imtinası məsələsi Rusiya ilə danışıqların gündəmində olmamalıdır”.
Azpost.info xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer bildirib.
ZDF telekanalına müsahibəsində o, Moskva ilə gələcək danışıqlar zamanı Qərbi və Kiyevi 24 fefraldan sonra Rusiyanın işğal etdiyi əraziləri verməməyə çağırıb: “Ukrayna prezidenti dəfələrləbəyan edib ki, müharibə başlayan gün Ukraynaya məxsus olan heç bir ərazisi ilə bağlı danışıqlar aparmayacaq. İndiki şəraitdə demokratik ölkələrin liderləri danışıqlarda nəyə hazır olduqlarını və heç bir halda nədən imtina etməyəcəklərini aydın başa düşməlidirlər. Deməli, nəyə razılaşmalıyıq? Rusiya o gündən bəri ələ keçirdiyi bütün əraziləri boşaltmalıdır”.
Kissincer qeyd edib ki, Rusiya heç bir şəraitdə pozmayacağı bir çərçivə yaratmalıdır. O, Ukrayna ərazisinin toxunulmazlığını belə nümunələrdən biri adlandırıb.: “Ukrayna ərazisinin təslim edilməsi bizim qəbul edə biləcəyimiz şərt ola bilməz. Fakt budur ki, Rusiya müharibə başlayandan bəri zəbt etdiyi bütün əraziləri geri qaytarmalı olacaq”.
Azpost.info