“Rusiya-Azərbaycan münasibətləri müsbət istiqamətdə inkişaf edir”- PUTİN

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə iki ölkə arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini bildirib.

Azpost.info xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Rusiya lideri iki ölkə arasında ticarət dövriyyəsinin 4,3 milayrd dollar olduğunu bildirib.

“Münasibətlər müsbət inkişaf edir, biz bunu Azərbaycana rəsmi səfərimiz zamanı qeyd etdik”, – Rusiya prezidenti deyib.

Putin Azərbaycan prezidentini Kazanda keçiriləcək BRİKS sammitinə gözlədiyini də qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Moskvada Prezident İlham Əliyevin Putinlə görüşü başlayıb

Sonrakı məqalə

“Bakı və Moskva çoxlu perspektivli layihələr hazırlayır”