Rusiya, Azərbaycan və Ermənistanın Qarabağ üzrə İşçi Qrupu iclas keçirəcək

19 Oktyabr 2021 - 11:08

Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 20-də Moskvaya ikigünlük səfər edəcək.

“Sputnik Armenia”nın verdiyi xəbərə görə, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Hökumət səfərin məqsədini açıqlamayıb.

“Sputnik Armenia” səfər zamanı Moskvada Rusiya, Azərbaycan və Ermənistan arasında Qarabağ üzrə üçtərəfli İşçi Qrupun iclasının keçiriləcəyini yazıb.

Qarabağ üzrə üçtərəfli İşçi Qrupun tərkibinə Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri Aleksey Overçuk, Şahin Mustafayev və Mher Qriqoryan daxildir.