Rusiya Azərbaycandan alma və pomidor gətirilməsini qadağan etdi –

QƏRAR
08 Dekabr 2020 - 23:50

Rusiya Azərbaycandan alma və pomidor gətirilməsini qadağan edib.

Azpost.info bildirir ki, bununla bağlı “Rosselxoznadzor” məlumat açıqlayıb. Məlumatda deyilir ki, dekabrın 10-dan Azərbaycanda Rusiyaya adıçəkilən məhsulların gətirilməsi qadağan olunur.

Dövlət idarəsindən bildirilib ki, idxal edilən məhsullarda dəfələrə orqanizmə ziyanlı maddələr aşkar edilib və bu barədə Qida Agentliyinə məlumat veriblər.

“Təkcə 22 oktyabrda mütəxəssilər 17 dəfə Avrasiya İqtisadi İttifaqı üçün karantin hesab edilən cənubi amerika pomidor güvəsi və şərq güvəsi aşkar ediblər”.

“Bununla bağlı fitosanitar vəziyyəti mühafizə etmək üçün göstərilən malların dekabırn 10-da Rusiyaya idxalı qadağan olunur”-deyə Xidmətdən bildirilib.

Azərbaycan Rusyaya bitki ixrac edən çox böyük ixracatçıdır.

Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə pomidor və tomat idxalı 172,359 min ton olub.