Rusiya Azərbaycanın daha 28 müəssisəsinə alma ixrac etməyə icazə verib

Rusiyanı Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) 8 fevral tarixindən etibarən Azərbaycanın 28 müəssisəsinə Rusiyaya alma tədarükünə qoyulan məhdudiyyətləri ləğv edir.

Bu barədə “Rosselxoznadzor”un açıqlamasında deyilir.

Bundan əvvəl sözügedən icazə Azərbaycanın 10 müəssisəsinə verilmişdi. Beləliklə, hazırda 38 Azərbaycan şirkətinin Rusiyaya alma ixrac etməyə icazəsi mövcuddur. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Teledərslərin fevralın 5-nə olan cədvəli

Sonrakı məqalə

Dolların bu günə olan məzənnəsi