Rusiya Baş prokurorluğu “Taliban”ın terrorçular siyahısından çıxarılması üçün Ali Məhkəməyə müraciət edib

Rusiya Baş Prokurorluğu “Taliban” hərəkatını terrorçular siyahısından çıxarmağı xahiş edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federasiyası Ali Məhkəməsinin mətbuat xidməti məlumata yayıb.

Bildirilib ki, Baş prokurorluq “Taliban” hərəkatının Rusiya ərazisində fəaliyyətinə qoyulan qadağanı müvəqqəti dayandırmağı xahiş edir.

Məhkəmə aprelin 17-də keçiriləcək iclasda Baş prokurorluğun müraciətinə baxacaq.

Qeyd edək ki, 2024-cü ilin dekabrında Rusiya prezidenti Vladimir Putin Talibanın terror təşkilatları siyahısından çıxarılmasına icazə verən qanunu imzalayıb.

Rusiya Federasiyasının Ali Məhkəməsi 2003-cü ilin fevralında Taliban hərəkatını terrorçu elan edib və təşkilatın Rusiyada fəaliyyəti qadağan edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.