“Rusiya başqa dövlətlərin daxili işlərinə qarışmır”- PATRUŞEV

Rusiya ABŞ-dan fərqli olaraq, digər dövlətlərin daxili işlərinə qarışmır.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev deyib.

O, ABŞ-dakı noyabr seçkilərindən sonra Qərbin xarici siyasətinin dəyişib-dəyişməyəcəyi sualına belə cavab verib.

“ABŞ-da keçirilən prezident seçkiləri Birləşmiş Ştatların daxili işidir. Amerika seçiciləri kimin ölkəni idarə etməyə layiq olduğuna özləri qərar verəcəklər. Digər ölkələrin daxili işlərinə qarışmağı xarici siyasətinin adi elementi hesab edən Vaşinqtondan fərqli olaraq Rusiya digər dövlətlərin daxili siyasi həyatına qarışmır”, – Patruşev bildirib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.