Rusiya Beynəlxalq Olimpiya Komitəsinin üzvlüyündən kənarlaşdırılıb

Rusiya Olimpiya Komitəsi (ROK) Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvlüyündən kənarlaşdırılıb.

Apasport.az xəbər verir ki, bunu BOK-un nümayəndəsi Mark Adams açıqlayıb.

BOK-un bu addımı atmasına qondarma “Donetsk və Luqansk respublikaları”, Xerson və Zaporojye vilayətlərinin olimpiya şuralarının ROK-a daxil edilməsi səbəb olub.

BOK İcraiyyə Komitəsi tərəfindən verilən bu cəza məsələ ilə bağlı növbəti qərar verilənə qədər qüvvədə qalacaq. ROK bu müddətdə milli olimpiya komitəsi kimi fəaliyyət göstərə bilməyəcək və olimpiya hərəkatı tərəfindən maliyyələşməyəcək.

Əvvəlki məqalə

Qarabağda yaşayan erməni sakinlərin guya zorla köçürülməsi iddiaları yalandır

Sonrakı məqalə

“HƏMAS-ın İsrailə hücumu beynəlxalq sistemə hücumdur” –