Rusiya iyun ayının 14-də BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin Telegram kanalında məlumat verilib.
Məlumatda Rusiyanın iclas çağırmasının səbəbi kimi, Qərb ölkələrinin Ukraynaya verdikləri silahlarla Rusiya Federasiyasının ərazisini vurmaq barədə rəsmi Kiyev üçün yaşıl işıq yandırması göstərilir.