“Rusiya dəymiş ziyanı ödəməsə, aktivləri dondurulmuş vəziyyətdə qalacaq”- G7-dən BƏYANAT

Rusiyanın dondurulmuş aktivlərinin təkrar investisiyasından əldə edilən gəlirin istifadəsi üzrə danışıqlar irəliləyir.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi G7 ölkələrinin maliyyə nazirlərinin bəyanat layihəsinə istinadən məlumat yayıb.

“Biz Rusiyanın dondurulmuş suveren aktivlərindən Ukraynanın ehtiyacları üçün istifadə etməklə əhəmiyyətli mənfəət əldə etməyin potensial yollarının müzakirəsini davam etdiririk. Hüquq sistemlərimizin prinsiplərinə uyğun olaraq, Rusiya Ukraynaya dəymiş ziyanı ödəyənə qədər yurisdiksiyalarımızdakı Rusiyanın suveren aktivləri dondurulmuş vəziyyətdə qalacaq”, – “Reuters”in əldə etdiyi sənəddə deyilir.

Azpost.info

Əvvəlki məqalə

Abdullahianın yerinə gələn nazirin ilk telefon danışığı Lavrovla oldu

Sonrakı məqalə

Gömrük rüsumları üzrə proqnoz artırılır