Rusiya Dövlət Duması Qarabağda müharibə ilə bağlı bəyanat qəbul etdi –

QƏRAR
29 Sentyabr 2020 - 14:05

Rusiya Dövlət Duması bu gün Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bəyanat qəbul edib.

Azpost.info Dövlət Dumasının rəsmi saytına istinadən bildirir ki, qəbul edilmiş bəyanatda rus parlamentariləri tərəfləri danışıqlara qayıtmağa çağırıb. Duma vəziyyətin sabitləşməsi üçün vasitəçi olmağa hazır olduğunu bəyan edib: “Dövlət Duması yubanmadan atəşin dayandırılmasına, regionda gərginliyin artmasına imkan verməməyə, vəziyyətin dinc yolla həllinə çağırır. Dövlət Duması sabitliyin yaradılması üçün vasitəçilik etməyə hazırdır”.

Qəbul edilmiş bəyanat Rusiya prezidentinə, Rusiya hökümətinə, Azərbaycan və Ermənistan parlamentlərinə, ATƏT-in Minsk Qrupuna, KTMT-yə, ATƏT-ə, ATƏT PA-ya göndəriləcək.