Rusiya Ermənistanın Fransadan silah almasına münasibət bildirib

“Qərb silahlarının tədarükünün vəziyyəti yaxşılaşdıracağı region tanımıram”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Fransadan “Caesar” haubitsaları almaq planlarını şərh edərkən bildirib.

Qeyd edək ki, Ermənistan Fransa ilə “Ceasar” özüyeriyən haubitsaların alınmasına dair müqavilə imzalayıb.
Sənəd Ermənistan müdafiə nazirinin səfəri zamanı imzalanıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.