Rusiya Ermənistanın Qafan şəhərində konsulluq açır –AÇIQLAMA

“Moskva tezliklə Ermənistanın Kafan şəhərində Rusiyanın baş konsulluğunun açımaq niyyətindədir”. 

Azpost.info bildirir ki, bunu TASS-a müsahibəsində Rusiya dövlət katibi, xarici işlər nazirinin müavini Yevgeni İvanov deyib.

“Rusiyanın Ermənistanda və Maldiv adalarında konsulluqlarının açılması ilə bağlı göstərişlər verilib. Hazırda Bali adasında konsulluğun açılması üçün təşkilati və texniki işlər aparılır”, – nazir müavini bildirib.

İvanov Ermənistanda baş konsulluğun açılmasının yaxın vaxtlarda gözlənildiyini qeyd edib: “İlin sonuna qədər konsulluq açılacaq”, – nazir müavini əlavə edib.

Əvvəlki məqalə

Müğənni Qaqarina, nazirin qeyri-qanuni arvadı… –

Sonrakı məqalə

İnformatika və coğrafiya fənləri üzrə əlavə imtahanın nəticələri elan edilib