“Rusiya hərbi əməliyyata görə heç nə itirməyib, əksinə, suverenliyini möhkəmləndirib”- PUTİN

“Rusiya Ukraynada xüsusi hərbi əməliyyata başlamaqla heç nə itirməyib, əksinə, suverenliyini möhkəmləndirib”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun iclasında çıxışı zamanı bildirib.

Putin Ukraynada hərbi əməliyyatları Rusiya tərəfinin başlatmadığını da xatırladıb: “Onlar hələ 2014-cü ildə başlayıblar və Rusiya bunu bitirməyə çalışır. Donbas xalqına kömək etmək bizim borcumuzdur və biz bunu sona qədər yerinə yetirəcəyik”.

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyev Yaponiyanın Baş nazirinə məktub göndərib

Sonrakı məqalə

Azərbaycan Prezidenti Liz Trası təbrik edib