“Rusiya hərbi cəhətdən məğlubedilməzdir”- TOKAYEV

Rusiya hərbi cəhətdən məğlubedilməzdir və Ukrayna münaqişəsinin daha da gərginləşməsi dəhşətli nəticələrə gətirib çıxaracaq.

Azpost.info xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Almaniya kansleri Olaf Şoltsla görüşündə deyib.

“Fakt budur ki, Rusiya hərbi cəhətdən yenilməzdir. Müharibənin daha da genişlənməsi bütün bəşəriyyət üçün düzəlməz nəticələrə gətirib çıxaracaq”, – Tokayev bildirib.

Şolts Tokayevin dəvəti ilə Qazaxıstanda iki günlük səfərdədir. İkitərəfli danışıqlardan əlavə, “Mərkəzi Asiya+Almaniya” formatında ikinci görüş baş tutacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.