Rusiya ilə İran arasında əməkdaşlıq sazişi ilə bağlı danışıqlar dayandırılıb

Rusiya ilə İran arasında hərtərəfli əməkdaşlıq sazişinin bağlanması prosesi dayandırılıb.

Azpost.info bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov RİA-ya bildirib.

Danışıqlar İran tərəfindəki problemlərə görə dayandırılıb. O, əmin edib ki, sənəd üzərində iş yekunlaşacaq.

“Bu müqaviləni imzalamaq qərarı heç vaxt öz gücünü itirməyib Proses, təbii ki, iranlı tərəfdaşlarla problemlərə görə dayandırıldı, Sazişin mətninin razılaşdırılması üzrə işin tamamlanacağına şübhə etmirik. Bundan sonra iki ölkənin liderləri imzalanma vaxtı və yeri barədə qərar verəcəklər”, – diplomat RİA Novosti-yə müsahibəsində bildirib.

Rusiya və İran arasında yeni saziş üzərində iş 2022-ci ilin sentyabrında məlum olub. Sonra bu məsələni Vladimir Putin və İran prezidenti İbrahim Rəisi Səmərqənddə keçirilən ŞƏT sammiti çərçivəsində müzakirə ediblər.

2024-cü ilin mayında Kabulov bildirib ki, İran tərəfi sənədə düzəlişlər təklif edib.

Mayın 19-da İran prezidentinin olduğu helikopter qəzaya uğrayıb. Ondan başqa təyyarədə İran Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir-Abdollahian da daxil olmaqla daha səkkiz nəfər olub.

 

Əvvəlki məqalə

Rusiyadan və MDB-dən olan miqrantlar ABŞ-dan deportasiya olunur –

Sonrakı məqalə

Qaxda klinikanın fəaliyyəti dayandırılıb