Rusiya İlon Maskın “Starlink” peyk internetinin analoqunu yaradır- 5 milyard dollar xərcləyəcək

İlon Maskın “Starlink” peyk internetinin rus analoqu yaradılır. Bunun üçün 4,89 milyard dollar vəsait xərclənəcək.

Azpost.info xəbər verir ki, bu, “İnternetə çıxış infrastrukturu” federal layihəsinin qaralama versiyasından məlum olur.

“Büro 1440” şirkəti 2030-cu ilə qədər orbitə 292 yeni peyk çıxarmalı olan layihənin icrasına cavabdeh olacaq. Ümumilikdə o, 383 peyk buraxmalı olacaq.

Sənəddə deyilir ki, bunun üçün 24 raket buraxılışı tələb olunacaq.

Layihənin məqsədi yüksəksürətli genişzolaqlı internetə çıxışı olan ev təsərrüfatlarının payını 2030-cu ilə qədər 97 faizə, 2036-cı ilə qədər isə 99 faizə çatdırmaqdır.

Azpost.info

Əvvəlki məqalə

İran Prezidenti əxlaq polisinin qadınları narahat etməyəcəyinə söz verib

Sonrakı məqalə

AFFA İntizam Komitəsi bu üç klubu cərimələdi