Rusiya kənd təsərrüfatı məhsullarının ixracı təmin edilməlidir- BMT

BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibi Rebekka Qrinspan və Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Rusiya kənd təsərrüfatı məhsullarının ixracının təmin edilməsinin vacibliyini təsdiqləyiblər.

Azpost.info xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.

“Tərəflər qlobal ərzaq təhlükəsizliyi sahəsində mövcud vəziyyətlə bağlı fikir mübadiləsi apararaq, Rusiyanın kənd təsərrüfatı məhsullarının dünya bazarlarına maneəsiz çıxışı probleminə toxunublar. Həmçinin Rusiyanın qlobal taxıl və gübrə ixracında əsas payını nəzərə alaraq, hər iki tərəf Rusiya-BMT memorandumunun həyata keçirilməsini təmin etmək öhdəliyi üzrə mövqeyini təsdiqləyib”, – məlumatda deyilir.

Azpost.info

Əvvəlki məqalə

Gürcüstanın ana müxalifət partiyasının ofisinə hücum olub

Sonrakı məqalə

Əri ilə münasibəti pozulan Cenifer Lopes konsert turunu ləğv edib