Rusiya sülhməramlılarla bağlı statusu dəyişdirir –- BMT-dən imtina olunur /DETALLAR

Rusiya KTMT-nin normativ-hüquqi bazasına BMT Təhlükəsizlik Şurasının razılığı olmadan sülhməramlı qüvvələrin yerləşdirilməsinə icazə verəcək dəyişikliklər hazırlayır.

Azpost.info xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

XİN rəhbəri qeyd edib ki, KTMT sülhməramlı qüvvələrinin yerləşdirilməsinin BMT Təhlükəsizlik Şurası ilə əlaqələndirilməsi həddindən böyük tələbdir. Bunun üçün 2022-ci ilin yanvarında Qazaxıstanda baş verən iğtişaşlar zamanı olduğu kimi, təşkilata daxil olan ölkələrdən birinin qanuni hökumətinin tələbi kifayət edir.

Onun sözlərinə görə, bu yenilik KTMT-nin effektivliyini artıracaq: “İndi biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hüquqi bazasına sülhməramlılarla bağlı müvafiq əlavələr edirik ki, bu da təbii ki, onun effektivliyini artıracaq”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.