Rusiya Mərkəzi Bankı dondurulmuş ehtiyatların məbləğini açıqladı

“Mərkəzi Bankın ehtiyatlarının Qərb ölkələri tərəfindən dondurulmuş ümumi məbləği təxminən 300 milyard dollardır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina açıqlayıb.

Eyni zamanda, Nabiullina qeyd edib ki, valyutanın dəyişməsi səbəbindən dəqiq məbləği deyə bilmir: “Təxmini deyirəm, çünki bu rəqəm gündən-günə dəyişə bilər. Dondurulmuş ehtiyatlar təkcə dollarla deyil, müxtəlif valyutalarda ifadə olunur”. Mərkəzi Bankın rəhbəri onu da qeyd edib ki, dollar ehtiyatlarda cüzi paya malikdir.

Azpost.info

Əvvəlki məqalə

Latviya Ukraynadakı hərbi cinayətləri soyqırımı kimi tanıdı

Sonrakı məqalə

Rusiya gəmilərinə ABŞ limanlarına daxil olmaq qadağan edildi –