Rusiya Mason Lojasının rəhbəri Putinə rəqib olur –Prezidentliyə namizədliyini irəli sürüb/FOTO

Rusiya Böyük Mason Lojasının Böyük Masteri Andrey Boqdanovun  prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.

Azpost.info bildirir ki, bu barədə A.Boqdanov açıqlama yayıb.

O, 2024-cü il martın 17-də keçiriləcək seçkilərdə Rusiya prezidentliyinə namizəd kimi qeydə alınmaq üçün imza toplanmasına başlamaq üçün Rusiya Mərkəzi Seçki Komissiyasına ərizə və bütün lazımi sənədləri təqdim edib.

A.Boqdanovun namizədliyi Rusiya Azadlıq və Ədalət Partiyasının qurultayında irəli sürülüb.

A.Boqdanov Rusiya Böyük Mason Lojasının (Grand Lodge of Russia) rəhbəridir, Böyük Ustad dərəcəsi var.

O, bir neçə dəfə Mason Lojasının Bakıda keçirilmiş qapalı toplantılarında iştirak edib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.