Rusiya millisi məşhur şirkətin geyimlərindən imtina edir-FOTO

Rusiya Futbol İttifaqı (RFS) 2023-cü ildə “Adidas” avadanlıqlarından istifadədən imtina edəcək.

Milli komandanın yeni texniki sponsoru olacaq.

Bu barədə RFS prezidenti Aleksandr Dyukov məlumat verib.

Qurum rəhbəri qeyd edib ki, 2023-cü ildə komandanın geyim dəsti “Adidas”dan olmayacaq: “Yeni tərəfdaş nə vaxt olacaq? Birinci rübdə. Hazırda bununla bağlı danışıqlar aparırıq”.

Rusiya Futbol İttifaqı 2008-ci ildən alman şirkəti ilə əməkdaşlıq edir. 2021-ci ilin avqustunda tərəflər 2026-cı ilə qədər hesablanmış yeni müqavilə imzalasalar da, ötən ilin martında “Adidas” tərəfdaşlıq müqaviləsini birtərəfli dayandırıb. Buna baxmayaraq, milli komanda payızda bu təchizatçının avadanlıqları ilə üç yoldaşlıq oyunu keçirib.

Qeyd edək ki, fevralın 28-də Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) və Beynəlxalq Futbol Federasiyası (FIFA) Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya klub və komandalarının beynəlxalq yarışlarda iştirakını dayandırıb.

Rusiya yığması Qətərdə keçirilən dünya çempionatının seçmə mərhələsinin pley-off mərhələsində iştirak edə bilməyib. Rusiya yığması 2024-cü il Avropa çempionatının seçmə turnirinin püşkatma mərasimində də iştirak etməyib.

Əvvəlki məqalə

Prezidentin xüsusi nümayəndəsi Qubadlı sakinlərini bərpa işləri barədə məlumatlandırıb –

Sonrakı məqalə

2022-də Ukrayna Qərbdən 32 milyard dollar maliyyə yardımı alıb