Rusiya Müdafiə naziri ordu generalı Sergey Şoyqu Ermənistanda işgüzar səfərdədir. APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, səfər zamanı S. Şoyqu Gümrüdə 102-ci Rusiya hərbi bazasını yoxlayacaq. Rusiyanın Müdafiə naziri Yerevanda ermənistanlı həmkarı David Tonoyanla görüşəcək. Görüş zamanı hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə ediləcək. Rusiya Müdafiə nazirinin Ermənistanın siyasi rəhbərliyi ilə də görüşləri nəzərdə tutulub. Qeyd edək ki, S.Şoyqu sabah Bakıda MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasına qatılacaq.