Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Rusiyanın Ukraynaya qarşı müharibədə uğursuzluğa düçar olduğunu bildirib.
O, bu barədə sosial şəbəkədəki paylaşımında yazıb.
“Rusiya özünün başladığı müharibəni uduzur. Buna cavab olaraq mülki əhaliyə və mülki infrastruktura zərbələr endirir”, – Fon der Lyayen qeyd edib.
Avropa Komissiyasının sədri bildirib ki, Avropa İttifaqı üzv dövlətlər və tərəfdaşlarla birlikdə Ukraynanın raket hücumlarından müdafiə imkanlarının gücləndirilməsi üzərində işləyir.
Onun sözlərinə görə, bu dəstək Ukraynanın insanların ölümünün qarşısını almaq imkanlarını artıracaq.
“Bu, bizim üçün birinci dərəcəli vəzifədir”, – Fon der Lyayen vurğulayıb.