Rusiya nüvə doktrinasında dəyişiklik edə bilər –Putin

Rusiya nüvə doktrinasında mümkün dəyişiklikləri istisna etmir.

APA ”RT” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Biz bu nüvə doktrinasında strategiyaların nəyini və necə dəyişdirilə biləcəyini düşünürük. Bu, yeni dəyişikliklərin meydana çıxması ilə əlaqədardır. Hər halda, potensial düşmənin bunun üzərində işlədiyini bilirik”, – dövlət başçısı qeyd edib.

Putinin sözlərinə görə, söhbət nüvə silahından istifadə həddinin aşağı salınmasından gedir.

Əvvəlki məqalə

Hacıqabulda qaçırılan yeniyetmə qız Qəbələdə tapılıb

Sonrakı məqalə

Qərbi Azərbaycan İcması İrəvanı azərbaycanlıların qayıdışına şərait yaratmağa çağırıb