Rusiya Orta Asiyadan olan məhkumları zorla müharibəyə göndərmək istəyir

Rusiya həbsxanalarında cəza Orta Asiya ölkələrinin vətəndaşlarını Ukrayna ilə müharibə müqaviləsi bağlamağa məcbur edirlər.

Azpost.info xəbər verir ki, məhkumların döyüşə getmək istəmədiyi bildirilir.

Məsələn, Rusiya həbsxanasında cəza çəkən Tacikistan əsilli 32 yaşlı Covid adlı şəxs yeddi ilinin bitməsinə cəmi yeddi ay qaldığını deyib. Onun sözlərinə görə, Tacikistan və Özbəkistandan olan məhbuslar kritik vəziyyətdədirlər, çünki onlar döyüşmək istəmirlər.

“İnsanlar nə edəcəklərini bilmirlər. Vətəndaşlıqdan çıxıb müharibəyə getməkdənsə intihar etmək daha yaxşıdır deyirlər. İmzalamasanız, cəza kamerasına salınacaqsınız. Vətəndaşlıqdan imtina barədə imza atsanız, ərizə Tacikistana göndərilir. Sonra lazımi sənədləri doldurub döyüşə yola salırlar”, – məhkum bildirib.

Covid neçə məhkumun müqavilə imzaladığını bilmir, lakin o və tanışları Tacikistan vətəndaşlığından çıxmaq istəmir və əlavə təzyiqlərə məruz qalırlar.

Azpost.info

Əvvəlki məqalə

Şeyxülislam Allahşükür Paşazadə Özbəkistana səfərə gedib

Sonrakı məqalə

Azərbaycanın və Türkiyənin parlament sədrləri İsveçrədə görüşüb