Rusiya öz “Coca-Cola” və “Fanta”sını buraxdı –Yeni adları belə olacaq (FOTO)

Moskvadakı “Oçakovo” zavodu “Coca-Cola”, “Fanta” və “Sprite” qazlı içkilərinin ilk analoqlarını istehsal edib.

Azpost.info xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

Yerli içkilər “CoolCola”, “Fancy” və “Street” adlanır. “Şüşənin forması çox dəyişməyib, yalnız etiket fərqlidir. Onun üzərində içkinin növündən asılı olaraq adi loqoların əvəzinə C, F və S hərfləri istifadə olunub. Rəng sxemi də dəyişməz qalıb”, – məlumatda qeyd olunur. “

Oçakovo”dan bildiriblər ki, yeni içkilərin dadı klassik sərinləşdirici içkilərdən fərqlənmir.

Azpost.info

Əvvəlki məqalə

Putin MDB-yə KTMT-də müşahidəçi statusunun verilməsini təklif etdi

Sonrakı məqalə

“İnflyasiya insanların cibini soğan kimi soyur” –