Azpost.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Britaniya esminesi "Defender"in Rusiya sərhədinin pozulması dayandırılıb.
Saat 11.52-də ingilis gəmisi rus sərhədini keçərək 3 kilometr irəliləyib. Silah tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq olunub. Amma esminesin heyəti heç bir reaksiya verməyib.
12.06-12.08-də gözətçi gəmisi xəbərdarlıq atəşi açıb. 9 dəqiqədən sonra SU-24 təyyarəsi ingilsi gəmisinin hərəkət kursu üzrə 4 OFAB-250 bombası tullayıb.
Bundan sonra ingilis gəmisi sərhəd sularını tərk edib. İnsidentlə bağlı Britaniyanın hərbi attaşesi Müdafiə Nazirliyinə çağrılıb.