Rusiya Qara dənizdə Britaniyanın hərbi gəmisinə atəş açıb-

Dörd bomba atıb
23 İyun 2021 - 15:45

Rusiya gəmisi Qara dənizdə Böyük Britaniyanın hərbi gəmisi istiqmətində xəbərdarlıq atəşi açıb.

Azpost.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Britaniya esminesi “Defender”in Rusiya sərhədinin pozulması dayandırılıb.
Saat 11.52-də ingilis gəmisi rus sərhədini keçərək 3 kilometr irəliləyib. Silah tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq olunub. Amma esminesin heyəti heç bir reaksiya verməyib.
12.06-12.08-də gözətçi gəmisi xəbərdarlıq atəşi açıb. 9 dəqiqədən sonra SU-24 təyyarəsi ingilsi gəmisinin hərəkət kursu üzrə 4 OFAB-250 bombası tullayıb.
Bundan sonra ingilis gəmisi sərhəd sularını tərk edib. İnsidentlə bağlı Britaniyanın hərbi attaşesi Müdafiə Nazirliyinə çağrılıb.