Rusiya Qarabağla bağlı Türkiyəyə müraciət etdi:

“Ermənistan və Azərbaycan arasında atəşi dayandırmaq üçün köməyə çağırırıq”
29 Sentyabr 2020 - 15:56

“Rusiya Türkiyə də daxil olmaqla tərəfdaş ölkələri Ermənistan və Azərbaycan arasında münaqişəni siyasi-diplomatik məcraya qaytarmaq üçün yardım etməyə çağırır”

Azpost.info bildirir ki, bu barədə Putinin mətbuat katibi Dimitri Peskov bəyan edib.

“Biz bütün ölkələri, xüsusən Türkiyə kimi tərəfdaşlarımızı atəşin dayandırlması və bu köhnə münaqişənin siyasi-diplomatik yolla həllinə qayıtmasına kömək etməyə çağırırıq”.