Rusiya sülhməramlısının ailə üzvləri Laçın yolundan maneəsiz keçib –FOTO

Bir qədər əvvəl Xankəndi tərəfdən Laçın istiqamətinə doğru Rusiya sülhməramlılarından birinin ailə üzvləri keçid ediblər.

Aksiya iştirakçıları keçidə tam şərait yaradıblar.

Bu, bir daha onu göstərir ki, yol humanitar məqsədlər üçün açıqdır. Aksiya iştirakçıları buradan bütün mülki ermənilərin, o cümlədən köməyə ehtiyacı olan dinc ermənilərin – yaşlıların, qadınların, uşaqların da keçidinə eyni şəraiti yarada biləcəklərini bildirirlər. Təəssüf ki, rusiyalı milyarder Ruben Vardanyan onları buraxmır, bura gəlmələrinin qarşısını alır və qəsdən feyk məlumatlar tirajlayır ki, Azərbaycan tərəfi dinc ermənilərə qarşı humanitar böhran yaradır.

Əvvəlki məqalə

Rusiya İran dronları ilə Kiyevə hücum edib

Sonrakı məqalə

Batumidə çoxmərtəbəli binada güclü yanğın baş verib