“Rusiya prezidenti Vladimir Putinə Ukrayna hökumətinin üzvlərinin terrorçu kimi tanınması təklifi daxil olmayıb”.
Azpost.info xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
Təşəbbüsün müəllifi artıq 2023-cü ilin mayında Kiyev hakimiyyətinin terrorçu kimi tanınmasını təklif edən Rusiya Hüquqşünaslar Assosiasiyasının rəhbəri Sergey Stepaşindir.
“Bu təklif prezidentə çatdırılmayıb”, – Peskov deyib.
Azpost.info