Rusiya Ümumdünya Turizm Təşkilatını tərk etdi

Rusiya Federasiyası Hökuməti Xarici İşlər Nazirliyinin bu ölkənin Ümumdünya Turizm Təşkilatından çıxması ilə bağlı təklifini qəbul edib.

Müvafiq sərəncam bu gün rəsmi hüquq-informasiya internet portalında dərc edilib.

Aprelin 27-də Rusiya fəaliyyəti siyasiləşdirdiyinə görə Ümumdünya Turizm Təşkilatından (ÜTT) çıxmaq niyyətini açıqlayıb.

Elə həmin gün ÜTT Baş Assambleyası növbədənkənar iclası zamanı Ukraynaya davam edən hərbi hücumla əlaqədar Rusiyanın üzvlüyünün dayandırılması barədə qərar qəbul edib.

Qeyd edək ki, Rusiya 1991-ci ildən SSRİ-nin hüquqi varisi kimi ÜTT-də iştirak edir.

Əvvəlki məqalə

Azərbaycan millisi Slovakiyaya da uduzdu –

Sonrakı məqalə

Şəhriyar Məmmədyarov Norveçdə Teymur Rəcəbova məğlub oldu