“Rusiya və Türkiyə Qarabağ məsələsində səylərini sıx şəkildə koordinasiya edir” –

Lavrov
30 İyun 2021 - 18:41

“Qarabağ məsələsində səylərimizi sıx şəkildə koordinasiya edirik”.

bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, Bakı və İrəvan da bu məsələdə məsafə qət etmək üçün dialoqu davam etdirirlər.

Regionda bütün nəqliyyat əlaqələrinin bərpasının əhəmiyyətinə toxunan

S. Lavrov Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətini təqdir etdiklərini vurğulayıb: “Əminik ki, ümumilikdə vəziyyətin kompleks stabilləşməsi Cənubi Qafqazda nəqliyyat kommunikasiyasının açılmasına, bu regionda yerləşən ölkələrin, o cümlədən Türkiyə və Rusiyanın iştirakı ilə çoxplanlı iqtisadi əməkdaşlığın irəliləməsi səylərinə xidmət edəcək”. (APA)