“Rusiya və Türkiyə Qarabağ münaqişəsinin həlli ilə bağlı ortaq məxrəcə gələ biliblər” –

LAVROV
04 Dekabr 2020 - 23:11

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya və Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fərqli yanaşmaları olub, lakin nəticə etibarilə ortaq məxrəcə gələ biliblər.

O xatırladıb ki, münaqişənin başlanğıcında Ankarada onun hərbi yolla həllinin mümkün olduğunun bildirildiyi vaxt Rusiya tərəfi Türkiyənin fəaliyyəti ilə razılaşmayıb.

“Amma indi prezident Putin və onun həmkarları – Azərbaycan və Ermənistan liderlərinin səyləri sayəsində razılaşma əldə olunub”, – deyə Lavrov bu gün videoformatda keçirilən “Aralıq dənizi: Roma dialoqu” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.

O vurğulayıb ki, Rusiya və Türkiyə Dağlıq Qarabağ ətrafındakı vəziyyətdə olduğu kimi ortaq məxrəcə gəlmək üçün təmas nöqtələri və yollar tapırlar. (İnterfax)