“Rusiya və Türkiyə Qarabağ münaqişəsinin həlli ilə bağlı ortaq məxrəcə gələ biliblər” –LAVROV

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya və Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fərqli yanaşmaları olub, lakin nəticə etibarilə ortaq məxrəcə gələ biliblər.

O xatırladıb ki, münaqişənin başlanğıcında Ankarada onun hərbi yolla həllinin mümkün olduğunun bildirildiyi vaxt Rusiya tərəfi Türkiyənin fəaliyyəti ilə razılaşmayıb.

“Amma indi prezident Putin və onun həmkarları – Azərbaycan və Ermənistan liderlərinin səyləri sayəsində razılaşma əldə olunub”, – deyə Lavrov bu gün videoformatda keçirilən “Aralıq dənizi: Roma dialoqu” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.

O vurğulayıb ki, Rusiya və Türkiyə Dağlıq Qarabağ ətrafındakı vəziyyətdə olduğu kimi ortaq məxrəcə gəlmək üçün təmas nöqtələri və yollar tapırlar. (İnterfax)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” və Olimpiya Stadionu Azərbaycan bayrağı ilə işıqlandırılıb –

Sonrakı məqalə

Bu gündən dekabrın 7-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək