Rusiya və ABŞ nüvə müharibəsinə başlasa 2 saata 34 milyon adam öləcək –Araşdırma

 Alimlərin işləyib hazırladığı simulyasiyaya əsasən, adi silahlardan istifadə etməklə ABŞ və Rusiya arasında münaqişə gərginləşsə iki ölkə arasındakı nüvə müharibəsində 90 milyondan çox insan xəsarət ala bilər.

Prinston Universitetindən olan bir qrup alim hesab edir ki, son iki ildə belə bir ssenarinin baş vermə ehtimalı xeyli artıb, çünki iki ölkə silaha nəzarətlə bağlı tədbirləri davam etdirməkdən imtina ediblər. Bu barədə Con Şerman (Jon Sharman) “The Independent” qəzetində yazır.

Prinston Universitetində “Elm və Qlobal Təhlükəsizlik” proqramı çərçivəsində aparılan araşdırmaların nəticəsində işlənib hazırlanan münaqişə simulyasiyasına əsasən, geniş miqyaslı nüvə münaqişsəinin ilk saatlarında 34 milyon insan həlak olacaq, 57 milyon nəfər yaralanacaq. Bu zaman radioaktiv tullantılar nəticəsində xəstəliklər və uzunmüddətli perspektivdə yarana biləcək problemlər nəzərə alınmayıb.

Beynəlxalq məhv prosesində Avropa külə çevriləcək. Prinston alimlərinin iddialarına əsasən, belə bir vəziyyətin yaranmasına Rusiya və NATO arasında konvensial müharibənin qızışması səbəb ola bilər.

Ekspertlər qrupunun bəyanatında deyilir: “ABŞ/NATO qüvvələrinin qarşısını almaq ümidilə Rusiya Kalininqrad şəhərinin yaxınlığında yerləşən bazadan xəbərdaredici nüvə zərbəsi endirəcək. NATO buna havadan taktiki nüvə zərbəsi ilə cavab verəcək”.

Nəşrin jurnalistləri başqa ssenarilərin, birinci zərbənin ABŞ tərəfindən endirildiyi əks olunan variantın işlənib hazırlanması ilə bağlı alimlərə müraciət ediblər. Onlar həmçinin ekspert qrupundan qeyri-nüvə müharibəsini təhrik edə biləcək səbəblərlə maraqlanıblar.

Proqramda iştirak edən fizik Ziya Mian (Zia Mian) deyib: “Bu ssenari ABŞ/NATO və Rusiya arasında adi münaqişə əsasında simulyasiya edilib. Özü də Rusiya hazırkı siyasətə uyğun “deskalasiya” məqsədilə nüvə zərbəsi endirib”.

Kral Müdafiə Tədqiqatları İnstitutunun (Royal United Services Institute) elmi əməkdaşı Sem Dudin (Sam Dudin) “The Independent” nəşrinə müsahibəsində bildirib ki, alimlərin nəzərdən keçirdiyi qarşılıqlı məhv zəmanətli ssenari, çətin ki, mümkün olsun, çünki 1950-ci ildən ABŞ-ın yürütdüyü siyasət adi silahlardan istifadə ilə Rusiya ilə birbaşa müharibədən qaçmağa xidmət edir. Onun sözlərinə görə, Moskva da NATO ilə müharibə istəmir.

Dudin ardınca əlavə edib ki, modeli operativ cəhətdən dəyərləndirmək lazım gəlsə, onda belə bir təəssürat yaranır: “Avropanın daha vahid Hava Hücumundan Müdafiə sistemi yoxdur. Bu sistem isə mühüm rol oynaya, aviasiyadan istifadə etməklə nüvə zərbələrini dəf edə bilər. Və proqnozlaşdırılan itkilər elə də böyük görünmür”.

“Bundan başqa, mənə elə gəlir ki, bəzi mümkün hədəflər nəzərə alınmayıb. Fransanın nüvə dövləti olduğunu, Britaniyaya məxsus atom sualtı qayıqlarının Fasleyndən hərbi əməliyyatlar apardığını nəzərə alsaq, diqqətsizliyə yol verilib. Bu da ABŞ-ın müttəfiqlərinə məhəl qoymamağa meylli olduğunu nümayiş etdirir”, – deyə ekspert sonda bildirib. (Xpressa)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DTX-nın rəisi Əli Nağıyevlə Orxan Sultanov yas mərasiminə gəldilər –

Sonrakı məqalə

Azərbaycana mal idxal edən ölkələrin ilk “üçlüyü” –