Rusiya və ABŞ dollarla hesablaşma əməliyyatlarına qayıdır –Bloomberg

valyuta
valyuta

Rusiya və ABŞ dollar əməliyyatlarına qayıtmağı düşünürlər.

Azpost.info bildirir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Nəşrin mənbəyinin verdiyi məlumata görə, yüksək vəzifəli Rusiya rəsmiləri arasında dollar əməliyyatlarına qayıtmaqdan bəhs edən sənəd yayılıb. Bu təşəbbüs Moskva və Vaşinqton arasında daha geniş iqtisadi tərəfdaşlığın bir hissəsi kimi qəbul edilə bilər.

Agentlik qeyd edir ki, bu sxem, digər məsələlərlə yanaşı, Rusiyadan gələn enerji məhsulları ilə bağlı əməliyyatlara da tətbiq oluna bilər. Bloomberg-in hesabatında həmçinin bildirilir ki, ABŞ Rusiya əleyhinə sanksiyaların mərhələli şəkildə qaldırılmasını müzakirə edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.