Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və İtaliyanın RF-dəki səfiri Corco Staraçe Cənubi Qafqazda mövcud vəziyyəti müzakirə ediblər.
AZƏRTAC RF XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə baş tutmuş danışıqları kontekstində Cənubi Qafqaz regionundakı vəziyyət barədə fikir mübadiləsi aparıblar.
“Tərəflər Cənubi Qafqazda təhlükəsizliyin və iqtisadi inkişafın təminatı məqsədilə regionda vəziyyətin tezliklə sabitləşdirilməsində maraqlı olduqlarını ifadə ediblər”, – deyə Rusiya XİN-in məlumatında bildirilir.