“Rusiya Xarkov istiqamətində qüvvələri gücləndirir” –ZELENSKİ

“Rusiya qoşunları Ukraynaya qarşı əməliyyatları genişləndirməyə çalışır. Bununla belə, silahlı qüvvələr cəbhə xəttinin müdafiəsini gücləndirəcək”.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski axşam müraciətində bildirib.

“Rusiya qoşunları Ukraynaya qarşı əməliyyatları genişləndirməyə çalışır. Biz bu qüvvələrinin həcmini başa düşürük, planını görürük. Bizim əsgərlərimiz, artilleriyamız, pilotsuz təyyarələrimiz qarşı tərəfə cavab verir. Mən hər bir əsgərə, hər bir çavuşa minnətdaram” deyə Zelenski bildirib.

Onun sözlərinə görə, hazırda Xarkov istiqamətində və Rusiya Federasiyası ilə sərhəd xəttində qüvvələr gücləndirilir.

“Həm dövlət sərhədimiz, həm də bütün cəbhə xətti boyunca biz elə edəcəyik ki, Rusiyanın istənilən hücum niyyətini poza bilək”, deyə prezident qeyd edib.

Mayın 10-na keçən gecə Rusiya Xarkov istiqamətində müdafiə xəttini yarmağa cəhd edib. Daha sonra Dezinformasiya ilə Mübarizə Mərkəzi bildirib ki, bu, daha çox imitasiya və Ukrayna ordusunun hazırlığını yoxlamaq cəhdinə bənzəyir.

Əvvəlki məqalə

Bayden prezidentlik yarışında irəlilədiyini bəyan edib

Sonrakı məqalə

Britaniyada susuz işləyən su elektrik stansiyası qurulur –