Rusiyada 5 yüz ildən sonra vulkan yenidən püskürüb

Rusiyanın Kamçatka regionunda yerləşən Kraşeninnikov vulkanı püskürüb.

Bu barədə Vulkan Püskürmələrinə Müdaxilə Qrupu məlumat yayıb. Bildirilib ki, vulkandan qalxan kül buludu 6 kilometrə yüksəlib. Vulkandan çıxan lavanın yaxınlıqdakı buzlağı əritmək riski var.

Kraşeninnikov vulkanı bir neçə əsrdir yatmış hesab edilirdi. Onun sonuncu püskürməsi 468 il əvvəl baş verib. Ehtimal olunur ki, regionda son günlər baş vermiş zəlzələlər vulkanı aktivləşdirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.